RU

Avropa İttifaqı Avropanı regiona yaxınlaşdıran marşrutların bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır - Marta Kos

Bakı. TurkicWorld

Avropa İttifaqı Avropanı regiona yaxınlaşdıran marşrutların bərpası, müasirləşdirilməsi və reabilitasiyasında Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Bunu TurkicWorld-ə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra özəl müsahibəsində deyib.

"Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropa əməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmən olan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələr üzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm də Azərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu ilə əlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm də vətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadi sahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycan ilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxara bilər", - deyə o bildirib.

Избранный
10
2
turkic.world

3Источники