RU

ABŞ və Azərbaycanın dini konfessiyaları arasındakı dostluq əlaqələri olduqca dəyərlidir – QMİ sədri

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam AllahşükürPaşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, İsa MəsihinSonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunundəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa MəsihinSonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirakedib.

QMİ sədri A.Paşazadənin Konfransa Müraciəti yayılıb. Müraciətdədeyilib:

“Biz bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafındabirləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zamandəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edirik.Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyalarıarasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir.Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarıolduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir,xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyanetmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsininicması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olub.

Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada əngüclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazibütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habeləErmənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətindəABŞ-nin davamlı səylərini yüksək dəyərləndiririk. Bu il 8 avqustVaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti DonaldTramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraqolduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək,Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərininminalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddivə mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımızadından dərin minnətdarlığımızı bildirmək istərdim.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müəllifi olduğuMədəniyyətlərarası dialoqa dair 17 illik tarixə malik Bakı prosesidünyada insan həmrəyliyinə xidmət edir. Azərbaycan dünyada nadirməkanlardandır ki, müxtəlif din və məzhəb ardıcılları arasındatarixən heç bir qarşıdurma baş verməyib, ölkəmizdə fəaliyyətgöstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətindiqqət və qayğısı ilə əhatə olunublar.

1991-ci ildə müstəqiliyini bərpa etmiş Azərbaycanda dini-mədənimüxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğununtəməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”təbirinin müəllifi - ümummilli liderimiz Heydər ƏliyevinAzərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Prezident İlham Əliyevmultikulturalizmi dövlət siyasəti səviyyəsində bərqərar etdi.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünyamiqyasında multikulturalizmin təbliği sahəsində nəcib fəaliyyətiilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıqistiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmətetməkdədir.

Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə,Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksəksəviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxarət duyur. Buəlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam vəinkişaf etməsi ümumi məramımızdır”.

Şeyxülislam A.Paşazadə Kilsənin mərhum rəhbəri prezident RasselNelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığıverib, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib.Konfransda Kilsənin mərhum Prezidentinin xatirəsinə film nümayişetdirilib. Filmdə mərhumun QMİ sədri ilə vaxtilə görüşünü əksetdirən video da yer alıb.

Konfransdan sonra Şeyxülislam A.Paşazadə Yuta Ştatının Senatsədri Adam Stüart ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdəAzərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadəedən Senat sədri Azərbaycana rəğbət və dəstəyini ifadə edib.

Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçıdirektoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinindeputatı Cavanşir Paşazadə iştirak ediblər.

Qeyd edilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davamedir.

ABŞ
Избранный
7
1
az.trend.az

4Источники