RU

DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılar azadlığa buraxılıb

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov həbsdən azad olunublar.

Missiya.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnur Həmidov 1 il 6 ay sınaq müddəti olmaqla şərti, Elçin Hüseynov 3 il müddətə azadlığın məhdudlaşdırılması, Musa Əhmədova isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.

İttihama görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.

Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.

Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Избранный
20
7
missiya.az

10Источники