RU

Qubada keçirilən əməliyyat zamanı 8 kiloqramdan çox narkotik vasitə aşkar edilib

Quba Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumilikdə 8 kiloqramdan çox narkotik vasitə – marixuana, heroin və metadon həbləri aşkarlanaraq götürülüb. Əməliyyat zamanı iki nəfər saxlanılıb və onların barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan  verilən məlumata görə, saxlanılan şəxslərdən biri – əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadovdan 6 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin və metadon həbləri aşkarlanıb. Fərhadov ifadəsində narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri pul qarşılığında gizlədilən yerdən götürərək təyin edilən ünvana çatdırmağa razılaşdığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə Quba rayon sakini, 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Onun yaşadığı ünvandan marixuana və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi açılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
19
1
anews.az

2Источники