RU

Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) AğsaqqallarŞurasının sədri Binəli Yıldırımı qəbul edib.

Trend xəbər verir ki, söhbətzamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri,həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.

Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyidəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərəkvurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türkdövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsiniverməyə davam edəcək.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkiledilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksəksəviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq vəstrateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha dagenişlənməsi qeyd edildi.

Prezident
Prezident
Избранный
5
49
az.trend.az

10Источники