RU

İran  Qəzzada atəşkəs planına münasibət bildirib

Bu gün İran Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs planı ilə bağlı rəsmi bəyanat yayıb.

Vətəninfo.az xəbər verir ki, bəyanatda Tehran atəşkəs planının müxtəlif aspektlərini və potensial təhlükəli nəticələrini nəzərə alaraq, “sionist rejim”in bu vaxta qədər dəfələrlə verdiyi vədləri pozduğunu və prosesi sabotaj etdiyini xatırladıb. İran tərəfi bunun fonunda bir daha xəbərdarlıq edib ki, Qəzzada atəşkəs və digər əlaqədar qərarlar yalnız Fələstin xalqı və müqavimət qüvvələrinin səlahiyyətindədir.

İran XİN habelə, vurğulayıb ki, fələstinlilərə qarşı soyqırımının dayandırılması, İsrail ordusunun Qəzza zolağından tam çıxarılması, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna hörmət olunması, humanitar yardımların bölgəyə çatdırılması və Qəzzanın yenidən qurulması kimi tələbləri ehtiva edən istənilən qərarı dəstəkləyir və alqışlayır.

Избранный
5
veteninfo.az

1Источники