RU

Qanunu pozan 429 əcnəbi Azərbaycandan çıxarılıb


Bu ilin III rübündə Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı ümumilikdə 7718 qərar qəbul edib. Qurumdan verilən açıqlamada bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 3245 nəfəri tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb.
Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 429 əcnəbi isə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Mətləb Salahov

Избранный
20
29
baki-xeber.com

10Источники