RU

DSX mayoruna hücum edən idmançılar azadlığa buraxıldı


Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Elnur Həmidovun 9 il, Musa Əhmdəovun 3 il 6 ay və Elçin Hüseynovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib. Dövlət ittihamçısı əlavə edib ki, zərərçəkənlərlə barışıq əldə olunması yüngülləşdirici hal hesab olunub.
Daha sonra vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərə şərti cəza verilməsini xahiş ediblər.
Təqsirləndirilən şəxslər son sözlərində məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elnur Həmidova 4 il, Musa Əhmədova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə E.Həmidovun cəzası 1 il 6 ay, M.Əhmədovun cəzası isə 1 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Digər təqsirləndirilən Elçin Hüseynova isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Избранный
13
21
yeniavaz.com

10Источники