RU

Xroniki stressin incə əlamətləri müəyyən edilib

Həkim Varlamova: Ürək yanması və tez-tez soyuqdəymə xroniki stressin göstəricisi ola bilər.

E-saglam.az xəbər verir ki, Rusiya Federal Tibbi və Bioloji Agentliyinin Federal Elmi və Klinik Mərkəzinin nevroloqu Yuliya Varlamova xroniki stressin incə əlamətlərini açıqlayıb. O, Lenta.ru ilə söhbətində bildirib ki, bu əlamətlər çox vaxt fərq edilməyir və digər səbəblərlə, məsələn, yorğunluq və ya pəhriz çatışmazlığı ilə qarışdırıla bilər.

Varlamova qeyd edib ki, ürəkbulanma, ürək yanması, irritabl bağırsaq sindromu kimi həzm pozğunluqları, şiddətli sinir gərginliyi isə tez-tez soyuqdəymələrə, saç tökülməsinə, dəri problemlərinə, kompulsiv həddindən artıq yemək və qadcetlərdən obsesif istifadəyə səbəb ola bilər.

Həkim həmçinin vurğulayıb ki, stress fərqli yaş qruplarında müxtəlif şəkildə özünü göstərə bilər:

Kişilərdə: aqressivlik və impulsiv partlayışlar

Qadınlarda: miqren, menstruasiya pozuntuları və xroniki yorğunluq

Uşaqlarda: əhval-ruhiyyə dəyişiklikləri, diqqət çatışmazlığı, yuxu pozğunluğu və səbəbsiz qarın ağrısı

Əlavə olaraq, kardioloq Karolina May daha əvvəl Zoomerlər arasında konsentrasiya və diqqət çatışmazlığının (DEHB) daha çox rast gəldiyini bildirib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
3
e-saglam.az

1Источники