Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıblar.
Doğru.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan bildirilib ki, 44 yaşlı Fuad Fərhadovdan 6 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin və metadon həbləri aşkar olunub. O, narkokuryerlik fəaliyyətinə cəlb edildiyini və rayon ərazisində gizlədilən narkotikləri pul qarşılığında daşıdığını etiraf edib.
Polis tərəfindən keçirilən digər tədbirlərlə 38 yaşlı Cəmil Abdullayev də saxlanılıb. Onun evindən heroin və marixuana götürülüb.
Faktlarla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
DOĞRU.AZ