2025-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 748 milyon milyon manat təşkil edib.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.60% az icra edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% və ya 183.2 milyon manat azalıb.
Xatırladaq ki, cari ilin sonuna DGK xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılır.