RU

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfəGələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.

Trendxəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumatyayıb.

Bildirilib ki, tədbir 30 oktyabr 2025-ci il tarixində Naxçıvanşəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.

Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yenipeşə və bacarıqlarla bağlı tələbləri, texnologiya vəinnovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirəetmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərəalınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarınahazırlıqlarını dəstəkləməkdir.

GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri vəpeşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platformayaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə vəbacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasınınyeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasındaəməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların dahaçevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təminolunmasına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və“Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkilolunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar vəgələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşəvə bacarıqlarında gözlənilən yeniliklər və bu yeniliklərəadaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədəNaxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlarmüzakirə ediləcək.

Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər,insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsilekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişafmentorları iştirak edəcəklər.

Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxıngünlərdə qeydiyyata başlanacaq və qeydiyyat proseduru barədə DövlətMəşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrindəməlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatıwww.geleceyinpesheleri.az saytından əldə edə bilərsiniz.

Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində dəkeçirilməsi nəzərdə tutulub.

Избранный
15
13
az.trend.az

10Источники