RU

Paytaxda söküləcəyi iddia olunan məşhur binanın taleyi necə olacaq? - Dövlət Komitəsi açıqladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi media və sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi, 4 ünvanında yerləşən yaşayış binasının söküləcəyi ilə bağlı yayılan videogörüntülərə və məlumatlara münasibət bildirib.
 
Moderator.az-ın məlumatına görə, Komitə bəyan edib ki, 1903-cü ildə inşa edilmiş bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib.
 
Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.
 
"Komitə dəfələrlə vurğulayıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.
 
Избранный
30
16
moderator.az

10Источники