RU

Əliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımı qəbul edib. Görüş zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətləri və TDT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 Binəli Yıldırım Prezident Əliyevə Türk Dövlətləri Təşkilatına verdiyi dəstəyə görə təşəkkürünü bildirib və Ağsaqqallar Şurasının türk dövlətləri arasında əməkdaşlığa bundan sonra da töhfə verəcəyini vurğulayıb.

Görüşdə, bu ay keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyəti qeyd edilib və Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili xüsusilə vurğulanıb.

Prezident Əliyev və Binəli Yıldırım arasında keçirilən əvvəlki görüşlər də məmnunluqla xatırlanıb. Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Избранный
5
anews.az

1Источники