RU

Gələn il Azərbaycana şəhərsalma forumu ilə bağlı 20 mindən çox insan gələcək

Gələn il Azərbaycana Ümumdünya Şəhərsalma Forumunda iştirak üçün 20 000-dən çox insan gələcək.

"APA-Economics" xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ümumdünya Şəhər Forumu dünyanın ən böyük belə tədbirlərindən biridir:
“Bu, mütləq olaraq şəhər mövzusuna fokuslanan ən böyük tədbirdir: Ümid edirik ki, gələn il Bakıya 20,000-dən çox insan gələcək".

O bildirib ki, bu tədbirə qədər isə tərəfdaşlarla bir sıra təşəbbüslər planlaşdırılır: "Bu gün Azərbaycan Şəhərsalma Kampaniyası ilə bağlı təqdimatın diqqət mərkəzində idi. Biz izah etdik ki, hansı maraqlı tərəflərlə işləməyi gözləyirik. Bunlara hökumət üzvləri, milli qərar qəbul edənlər, yerli idarəetmə orqanları, parlament üzvləri, gənclər, qadınlar, vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri, xeyriyyə təşkilatları, elmi-tədqiqat institutları, akademiya və əlilliyi olan şəxslər daxildir. Ümid edirik ki, bu partnyorları şəhər mühiti ilə bağlı, şəhərlərdə necə yaşadığımız, mənzillərimizi və açıq məkanlarımızı necə yaxşılaşdırdığımızla bağlı təşəbbüslər irəli sürməyə təşviq edə biləcəyik".

Избранный
20
9
apa.az

10Источники