RU

“Kəpəz” antirekordunu təkrarladı

Misli Premyer Liqasının VII turu “Kəpəz”in mövsümdə 7-ci məğlubiyyəti ilə əlamətdar olub.

Sportal.az xəbər verir ki, Gəncə klubu “Qarabağ”la səfər görüşündən xalsız ayrılıb – 0:1.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. “Kəpəz” belə halla ikinci dəfə üzləşən yeganə klubdur.

Qərb təmsilçisi ötən mövsümdə də ilk 7 turu xalsız bitirib. Amma həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olan gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.

“Kəpəz”dən başqa Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01, “Şəfa” 2004/05 mövsümündə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran “Gənclik” klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.

saytlarin hazirlanmasi

Избранный
9
11
sportal.az

10Источники