RU

15 yaşlı Əlidən Rusiyanın qapısına fantastik qol - VİDEO

Ötən gün Azərbaycan (U-16) – Rusiya (U-16) millisi arasında baş tutan qarşılaşmanın görüntüləri sosial şəbəkələrdə viral olub.

Ölkə.Az xəbər verir ki,matçda U-16 üzrə milli yığmamızın oyunçusu Əli Bəşirovun atdığı qol çox bəyənilib.
Onun bu qolu izləyənlər tərəfindən "fantastik" olaraq şərh edilib.

İdman jurnalisti Səbuhi Musa Ə.Bəşirovun qol vurma texnikası çox yüksək qiymətləndirib:

“Əli Bəşirovu hələ “Qarabağ”ın U-15 komandasından izləyirəm. Həmişə özündən 1 yaş böyüklərlə oynayıb. Bu uşaq istedaddır. Neçə azərbaycanlı futbolçu bu cür texnikalı qol vura bilər ki?  Elə məhz onu görmək üçün AFFA U-16 Liqasının oyunlarına gəlməyə dəyər. 
Bu uşağı Azərbaycanda məhv etməyə dəyməz. Ötən il Minskdə turnirin ən yaxşısı seçilmişdi. Bu dəfə MDB Oyunlarında 4 qol vurdu, finalda Rusiyaya vurduğu hər 2 qol ağıl-zəka istehsalı idi”, - deyə o söyləyib.

S.Musa hesab edir ki, Əli Bəşirov xarici ölkələrdə akademiyalara getsə, bu onun karyerası üçün daha yaxşı ola bilər: 

“Məsələn, İslam Həsənov kimi Serbiyaya aparıla bilər. Bir az çətin olacaq, ancaq övlad üçün bu keşməkeşə tab gətirməyə dəyər. Hətta ruslara vurulan bu 2 qoldan sonra onu qonşu ölkənin aparıcı akademiyalarına da aparmaq çətin olmamalıdır”.

Qeyd edək ki, 4 oktyabrda baş tutan Azərbaycan (U-16) – Rusiya (U-16) matçında Rusiyanın komandası 3-2 hesabı ilə qələbə qazanıb. 

Billurə

Избранный
19
1
olke.az

2Источники