RU

Azərbaycanın dövlət büdcəsinin profisiti artıb

2025-ci ilin yanvar-sentyabrında  Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 % çox və 2 % azdır. Bu barədə  Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, büdcə gəlirləri proqnozdan 2,4 % çox icra edilib.

Son nəticədə 9 ayda büdcədə 4 milyard 474,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 74,6 % çoxdur.

Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 10,3 milyard manat təşkil edərək ümumi büdcə gəlirlərinin 51,9%-ni əhatə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 232 milyon manat və ya 2,3% çoxdur.

Aytac

Избранный
16
2
anews.az

3Источники