RU

Sabah paytaxtda 21-26, bölgələrdə 23-28 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı ehtimal edilir.

Избранный
17
49
azerbaijan-news.az

10Источники