Xəbər verdiyimiz kimi, İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarko şəhərində Əl-Hosini İslam internat məktəbinin binası uçub.
Publika.az xəbər verir ki, “BBC”nin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Bildirilib ki, xilasedicilər dağıntılar altında qalan daha 13 nəfərin axtarışlarını günün sonuna kimi başa çatdıracaq.
Çökmənin səbəblərinin hələ də araşdırıldığı bildirilib.