RU

Bərdədə pendir sexində partlayışla bağlı cinayət işi başlanıb

Bərdədə şəxsin pendir sexində baş vermiş partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Far.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Избранный
14
38
far.az

10Источники