RU

Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Apasport.az xəbər verir ki, “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər.

Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar. 

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər. 

Qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. “Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək. Yerlər məhdud olduğu üçün, iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

Qeydiyyatdan keçmiş iştirakçılar oktyabrın 15-dən 30-dək, hər gün saat 10:00-dan 18:00-dək “Gənclik Mall”da şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yaza bilərsiniz.

III MDB Oyunları: kamandan oxatma yarışlarına yekun vurulub

III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yenidən ikinci yerdədir

 

III MDB Oyunları: Günün proqramı

 

III MDB Oyunları: Azərbaycanlı güllə atıcısı gümüş medal qazanıb

III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib

 

Избранный
17
15
apasport.az

10Источники