RU

14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi

Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı S.Quluzadə həbs edilib.

NOCOMMENT.az “Qafqazinfo”- ya istinadən xəbər veriri ki,  S.Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib.

İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb.

Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. S.Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib.

Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək metronun “20 Yanvar” stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verib.

Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb.

Избранный
33
8
nocomment.az

10Источники