RU

Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar artıb, çıxışlar azalıb

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda sürətli pul köçürməsistemləri ilə banklara 271,3 min ədəd əməliyyat üzrə 163,6 milyonmanat vəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə aparılmış əməliyyatlar üzrə 0,7 min ədəd və ya 0,2%,vəsait həcmi üzrə isə 19,9 milyon manat və ya 13,8% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 603,2 manat təşkiledib ki, bu da 2024-cü ilin sentyabrın 1-nə olan göstəriciyənisbətən 72 manat və ya 13,5% çoxdur.

Eyni zamanda cari ilin senyabrın 1-nə Azərbaycanda sürətli pulköçürmə sistemlər ilə banklardan kənara 65,1 min ədəd əməliyyatüzrə 38,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eynidövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 26,2 min ədəd vəya 28,7%, vəsait həcmi üzrə isə 5,3 milyon manat və ya 12,2%azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardankənara köçürmələr üzrə bir ödənişin məbləği 586,5 manata bərabərolub ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən109,8 manat və ya 23% çoxdur.

Избранный
8
az.trend.az

1Источники