RU

Güclü qar səbəbindənalpinistlərEverestdə qalıblar

Himalay dağlarında güclü qar səbəbindən onlarla alpinist Everestin şərq yamacında, təxminən 4.900 metr yüksəklikdə yerləşən baza düşərgəsində çadırlarda qapalı vəziyyətdə qalıb. Hava şəraiti axtarış-xilasetmə qruplarının bölgəyə çatmasına ciddi şəkildə mane olur.

Bəzi sığınacaqlar qar altında tamamilə itib, hipotermiya hallarının olduğu bildirilir. Rəsmilər hazırda dəqiq say və vəziyyət barədə məlumat verə bilmədiklərini bildiriblər.

Bu arada, qonşu Nepalda qeyri-sabit hava şəraiti daha fəlakətli nəticələrə səbəb olub. Ölkənin qərb və mərkəzi regionlarında leysan yağışları daşqın və torpaq sürüşmələrinə yol açıb.

Rəsmilərin məlumatına görə, azı 47 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb. Onlarla yol və körpü dağılıb, minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.

Nepal və Tibet ərazilərində son illərdə iqlim dəyişikliyi ilə əlaqəli ekstremal hava hadisələrinin sayı artıb. Xüsusilə yay və payız aylarında güclü yağışlar və qar fırtınaları bölgədə həm dağ turizmini, həm də yerli icmaları təhlükə altında qoyur.

Aytac 

 

Избранный
25
1
anews.az

2Источники