RU

Məktəbli qızla intim münasibətdə olan 17 yaşlı oğlana bu cəza verildi

Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı S.Quluzadə həbs edilib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, S.Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib.

İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb.

Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. S.Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib.

Избранный
15
4
publika.az

10Источники