RU

Eldar Quliyev: “Camaatdan pul alıb, medal verirlər, “moşennik”dirlər” – Qalmaqal böyüyürBerdiməhəmmədovun saxta ordenlə təltif edilməsi qalmaqalı böyüyür

İstintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialardan sonra Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin onun barədə dediklərinə etiraz edib. E.İsmayılov Eldar Quliyevin onu əvvəlcədən tanıdığını, Türkmənistanda sözügedən tədbirdə birgə iştirak etdiklərini bildirib.

 

Eldar Quliyev Pravda.az-a açıqlamasında E.İsmayılovun dediklərini yenidən şər-böhtan adlandırıb.

 

“Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır. Elmlər doktoru, professoram. 25 ildir, millət vəkiliyəm. Azərbaycanda tanınmış simayam. Ağsaqqallar Şurasının sədriyəm. Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşşennik”dir. Azərbaycanda bu adam nəçidir? 80-ə yaxın yaşı var. Yalandan deyir ki, Eldar Quliyev Türkmənistana mənimlə gedib. Həqiqətən, bizimlə getməyib, bizimlə də gəlməyib. Qayıdanda mənə dedi ki, keçmiş Krasnovodskdan (indiki Türkmənbaşı) gedəcək.  Guya mən Berdiməhəmmədovla görüşdə 18 dəqiqə çıxış edəcəyimi demişəm. Mən çıxışımda Türkmənistanla əlaqələrdən, Turandan danışmışam. Bunlar onunla pul qazanırlar. Biz qazanmırıq ki. Tanınmış ağsaqqallarımızı təltif edirik, fəxri fərmanlar veririk. Mən onun səviyyəsinə düşmək istəmirəm. Bakıda böyümüş adamam, Eldar İsmayılovu heç vaxt tanımamışam. Özünə fond yaradıb. Heç kimə də lazım deyil. Camaatdan pul alıb, medallardan verib. Bir də yaddan çıxarmayın, mən bilirəm ki, qanun var. Medal və ordenləri kimlər verə bilər. Bizim Nizamnaməmizdə döş nişanları var. Bunlar isə ictimai təşkilatdırlar, “moşşennik”lik edib pul qazanırlar. Biz belə şeylərə getmirik”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Oktyabr 2025, 14:30   
Избранный
15
2
pravda.az

3Источники