RU

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli artıb

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsiüzrə biznes kredit portfeli 1,620 milyard manat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 19,8 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilənisbətdə isə 246,3 milyon manat 17,9% artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin avqustun 1-nə 1,600 miyardmanat, ötən ilin sentyabrın 1-nə isə 1,374 milyard manat təşkiletmişdi.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28,705milyard manat olub. Kredit portfelinin 15,092 milyard manatı(52,6%) biznes kreditləri, 9,114 milyard manatı (31,7%) istehlakkreditləri, 4,499 milyard manatı (15,7%) isə ipoteka kreditləritəşkil edib.

Избранный
22
az.trend.az

1Источники