RU

“Paşinyan Zəngəzur dəhlizi anlayışını siyasi alətə çevirmək istəyənlərə cavab verir” - Politoloqdan şərh

“Paşinyan Zəngəzur dəhlizi anlayışını siyasi alətə çevirmək istəyənlərə cavab verir”

Politoloq Natiq Miri News365.az-a açıqlamasında bildirib ki, hazırda Ermənistanda Zəngəzur dəhlizi məsələsi müxtəlif yönlərdə təhrif edilərək, Nikol Paşinyanın əleyhinə siyasi təzyiq vasitəsinə çevrilir.

Onun sözlərinə görə, məsələ ətrafında aparılan təbliğatın iki əsas istiqaməti diqqət çəkir – “Zəngəzur dəhlizi” adlandırılması və bu dəhlizin “Türk dəhlizi” kimi təqdim olunması. “Revanşist qüvvələr bu anlayışa düşmənçilik prizmasından yanaşır, xüsusilə də ‘Türk dəhlizi’ ifadəsi onların narahatlığına səbəb olur. Bu isə artıq Ermənistan ictimai rəyində gərginlik yaradır”, – deyə politoloq vurğulayıb.

Natiq Miri qeyd edib ki, “dəhliz” anlayışı hər bir ölkə üçün mühüm tranzit və iqtisadi imkan deməkdir: “Tranzit imkanlarından istifadə edən ölkələr həm maliyyə qazanır, həm də geosiyasi çəkisini artırır. Azərbaycan Prezidenti dəfələrlə bu məsələnin strateji əhəmiyyətini vurğulayıb. Lakin Paşinyan, erməni cəmiyyətində ‘Zəngəzur dəhlizi’ ifadəsinin hələ də qıcıq doğurduğunu bildiyi üçün rəsmi sənədlərdə bu termini işlətməkdən çəkinir.”

Избранный
9
news365.az

1Источники