RU

Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı

Ən

2025-ci ildə dünyanın öncül və ən innovativ ölkələrinin adı açıqlanıb. Reytinqdə ölkələrin elmi-tədqiqat və sahibkarlığı təşviqetmə qabiliyyəti qiymətləndirilir.

Reyting.az
xəbər verir ki, Qlobal İnnovasiya İndeksinin (GII) 2025-ci il üzrə təqdim etdiyi nəticələrə görə, İsveçrə artıq 15 ildir birinci yerdədir.

İlk onluqda İsveç, Böyük Britaniya, Finlandiya, Niderland və Danimarka yer alıb.

Siyahıda həmişə olduğu kimi, ABŞ yenə də üçüncü sıranı qoruyub. Bu ölkə "bazarın inkişafı", eləcə də "biznes fəallığı" göstəricilərində liderdir.

Asiya regionu da güclü irəliləyişə nail olub. Cənubi Koreya ilk dəfə dördüncü yeri tutub. Bu ölkə həm də "insan kapitalı və tədqiqatlar" üzrə birincidir.

Çin ilk dəfə ilk onluğa daxil olmaqla, orta gəlirli ölkələr arasında liderə çevrilib. Çin həm də patent müraciətlərinin sayına görə dünyada birinci yerdədir.

Yeni reytinq göstəricilərinə görə, Rusiya uzun müddətdir geriləyir. Bu ölkə 2025-ci ilin yeni innovasiya indeksində 60-cı yeri tutub.



Oqtay QORÇU
Избранный
3
1
reyting.az

5Источники