RU

Bakıda AZHAB Forum 2025 sərgisi keçiriləcək

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

7-8 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində sərgi təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Sərginin iş günləri və saatı:

7 oktyabr 2025 | 15:00 - 18:00

8 oktyabr 2025 | 10:00 - 17:00

Məkan: "Baku Marriott Hotel Boulevard"

AZHAB Forumu çərçivəsində keçiriləcək sərgidə ziyarətçilər:

- yerli və xarici ölkələrin qida və qeyri-qida məhsulları, xidmətləri ilə tanış olmaq imkanı əldə edəcək;

- sənayenin inkişaf tendensiyalarını, beynəlxalq standartları və ən son texnologiyaları izləyə biləcək;

- müxtəlif ölkələrin şirkətləri ilə tanış olmaq və əməkdaşlıq imkanı əldə edəcəklər.

Qeydiyyat üçün: https://azhabforum.az/az/devetnameni-elde-edin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
6
oxu.az

7Источники