RU

Bu qidalar ürək üçün təhlükəli hesab olunur

Endokrinoloq Marqarita Belousova ürək sağlamlığı üçün zərərli olan qidaların adını açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, doymuş yağlar, trans yağlar, əlavə şəkər və duz miqdarı yüksək olan məhsulların ürək-damar sisteminə mənfi təsir göstərdiyini bildirib.

Həkimin sözlərinə görə, fast food, çörək məmulatları və yağlı ətlər kimi qidalar qanda “pis” xolesterinin səviyyəsini artırır və bu da damarlarda lövhə əmələ gəlməsinə, nəticədə isə ateroskleroz və ürək xəstəliklərinə yol aça bilər.

Belousova həmçinin şirələr, şirniyyatlar, soda və bişmiş məmulatlar kimi şəkərli qidaların piylənmə riskini artırdığını qeyd edib. Bu isə öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır.

Onun sözlərinə görə, duzlu qidalar da ürək üçün təhlükəlidir, çünki onların çoxluğu yüksək təzyiqə səbəb ola bilər. Bu kateqoriyaya emal olunmuş məhsullar, kolbasa, sosiska, konservlər, turşular, çipslər, souslar və qəlyanaltılar daxildir.

Mütəxəssis vurğulayıb ki, lif, kalium və maqnezium kimi mikroelementlərlə zəngin qidalar (məsələn, tərəvəzlər, meyvələr, paxlalılar və tam taxıllar) ürək sağlamlığını qorumağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
17
e-saglam.az

1Источники