RU

Balakən və Zaqatalada zərərvericilərə qarşı dezinfeksiya aparılır

Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə KTN yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi məlumat verilib.

Yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir. Buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur: pizza sifarişi

"Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əl ilə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Bu proses hər tərəfdə eyni anda getdiyinə görə əhali arasında narahatlıq yaranır. Hazırda bununla bağlı kimyəvi mübarizə tədbirlərimiz davam etdirilir".

Bu il sentyabr ayının sonlarından Qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub.


Telegram kanalımız
Избранный
31
20
yenisabah.az

10Источники