Bakıda kafedə ölüm qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu Əliağa Kürçaylı küçəsi 4-də yerləşən kafedə baş verib.
Orada gözətçi işləyən 1959-cu il təvəllüdlü paytaxt sakini İlqar Sabir oğlu İsmayılovun halı pisləşib və vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"