Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Report-a Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir.
Mərkəzdən verilən məlumata görə, yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir (qusma, boğulma, zəhərlənmə əlamətləri olur), buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur: