RU

“Qoç Ət”dəki ətin mənşəyi ilə bağlı ŞOK AÇIQLAMA KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qida mütəxəssisi Ağa Salamov Pravda.az-ın 30 sentyabr tarixli “Sıradan qəssablardan ət almaq düzgün deyil” başlıqlı araşdırma yazısında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun “Qoç Ət”in Xankəndi filialı ilə bağlı dediklərinə etiraz edib, onu şər atmaqda ittiham edib. Həmin məqalədə A.Salmanov özü də ekspert kimi fikirlərini bildirib. Yazı dərc edildikdən sonra isə məlum olub ki, o, həm də “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-yə məxsus “Qoç Ət” restoranının koordinatoru imiş.

KONKRET.az xəbər verir ki, o , oktyabrın 4-də pravda.az-a müraciət edərək etirazını bildirib, hətta bir az da irəli gedərək xəbər portalını işini bilməməkdə ittiham edib.

Əvvəlcə vurğulamaq istərdik ki, “Pravda.az”da sözügedən araşdırma yazısı və ondan əvvəl yazılan bütün araşdırmalar sırf vətəndaşları maarifləndirmək məqsədi daşıyır. Hansısa şirkət və ya qurumlara qarşı tərəfimizdən qərəzin olması mümkün deyil. İstənilən yazımızda qanunvericiliyin tələblərinə lazımi qaydada əməl edilir, qanunun heç bir tələbi pozulmur. Bu əsasdan yola çıxaraq və qanunu rəhbər tutaraq “Qoç Ət”ə də mövqe haqqı tanımışıq. Lakin koordinator Ağa Salamov mövqe bildirməkdən imtina edərək məsələ ilə hüquqi müstəvidə məşğul olacaqlarını dedi.

Ağa Salamovun araşdırma yazımıza etiraz olaraq dediklərini də olduğu kimi oxucularımıza təqdim edirik: ““Qoç Ət”in bütün şöbələrində jurnalist olaraq yaxınlaşıb baytar sertifikatını istəsəniz, sizin qarşınıza qoymasalar, bu, başqa məsələ. Bu gün baxıram, Eyyub kişi bildi-bilmədi, şirkətə şər atır. Mən hüquqşünasımızla danışıb, həmin cümləni (Bu yaxınlarda Xankəndidə oldum, “Qoç Ət” restoranına getdim. Orada mətbəx açıqdır, hər şey görünür. Lakin görünməyən yerləri var ki, o ətlər harada saxlanılır, mənşəyi necədir? – red) məhkəmədə mübahisələndirəcəyəm. Sizin saytınıza da zərər gələ bilər. Hədə-qorxu gəlmirəm. Ya oradan “Qoç Ət” sözünü silirsiniz… “Qoç Ət”ə mən baxıram, A-dan Z-yə. “Qoç Ət”in adını çəkən adam heç “HACCP” sözünün mənasını bilmir. Qida təhlükəsizliyinin bütün normativlərini hamısını həyata keçiririk. Bu gün o kişinin (Eyyub Hüseynovu nəzərdə tutur-red) sözünə görə Xanabada gəlmişəm. Hər şey qaydasındadır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işçilərini cəlb etmişik. Şahid nümunəyə qədər götürürlər. Yazını bilməyərəkdən paylaşırsınız. Xahiş edirəm, yazıdan “Qoç Ət” sözünü silsinlər. Səhv məlumatdır. Mütəxəssis olaraq bəzi restoranlardan narazıyam, amma mənim öz baxdığım, nəzarət etdiyim, HACCP sistemini tərtib etdiyim işçilərin hamısının bir-bir həkimdən altı aydan bir keçmiş sənədləri, sertifikatları, qida təhlükəsizliyinin izlənməsi… Bunları bilmir, amma biz onu tanış edəcəyik. Bakıya gələn kimi hüquqşünasla danışacağam. Yaşı var, hörmət edirəm, xətrini də çox istəyirəm. Ola bilər, keçək. Amma adam marka adı çəkirsə, markaya bildi-bilmədi şər atır, zərər gətirir. Sizin də məlumatınız olsun. Sizdən ricam, mənə hörmətiniz varsa, o cümləni çıxarın. Səhifələrimdə verdiyim bütü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
konkret.az

2Источники