RU

Gözətçi işlədiyi kafedə öldü

Bakıda kafedə ölüm qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu Əliağa Kürçaylı küçəsi 4-də yerləşən kafedə baş verib.

Orada gözətçi işləyən 1959-cu il təvəllüdlü paytaxt sakini İlqar Sabir oğlu İsmayılovun halı pisləşib və vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
9
avtosfer.az

10Источники