RU

Azərbaycana Pakistandan ət idxal OLUNACAQ

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.Bizim.Media “Bloom Pakistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb.Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub.İslamabad indi ixraca başlamağa hazırlaşır.

 

TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib.

Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. Bundan əlavə, birbaşa ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
8
bizim.media

9Источники