RU

OPEC+ neft hasilatını artıracaq

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr (OPEC+) noyabr ayından etibarən səkkiz üzv ölkənin gündəlik neft hasilatını 137 min barel artırması barədə razılığa gəlib.

"Cebheinfo.az" xəbər verir ki, təşkilatın rəsmi internet saytında yayımlanan açıqlamada bildirilir ki, bu artım 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1.65 milyon barellik hasilat artımına əlavə olaraq həyata keçiriləcək.

Hasilatın tənzimlənməsi 1 noyabr 2024-cü ildən etibarən qüvvəyə minəcək. Açıqlamada həmçinin OPEC+ ölkələrinin 2024-cü ilin yanvar ayından bu yana yaranan istənilən artıq hasilatı kompensasiya etmək öhdəliyini təsdiqlədikləri vurğulanıb.

Razılaşmaya əsasən, Rusiya gündəlik neft hasilatını 41 min barel artıraraq ümumi gündəlik hasilatını 9.532 milyon barel səviyyəsinə çatdıracaq.

Bu qərar, neft qiymətlərinin yay aylarının əvvəlindən bəri ən aşağı səviyyəyə düşdüyü bir dövrdə verilib. Mütəxəssislər bildirirlər ki, qiymətlərin enməsinin arxasında OPEC+ ölkələrinin artan hasilatı fonunda qlobal bazarlarda yaranan təklif bolluğu ilə bağlı narahatlıqlar dayanır.

Избранный
71
cebheinfo.az

1Источники