RU

“Neftçi” tanınmış hücumçunu güzəştə məcbur etdi transfer danışıqlarında SON DURUM

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Neftçi" hazırda klubsuz olan Vensan Abubakarla danışıqlarda irəliləyiş əldə edib.

Sportal.az "sportinfo.az"a istinadən Azad agent statusu daşıyan 33 yaşlı hücumçu müqavilə şərtlərində qarşı tərəfə xeyli güzəştə gedib. Kamerunlu forvard birdən-birə 300 min dollar aşağı düşüb.

Tanınmış afrikalı əgər 1 illik kontrakt müqabilində 800 min dollar istəyirdisə, indi 500 minlə kifayətlənməyə hazırdır.

Paytaxt təmsilçisi isə görüşmələrin bir neçə də bu axarla davam etməsində maraqlıdır. "Ağ-qaralar" belə qənaətdədir ki, bu, Abubakarın üzərində dayanacağı son rəqəm deyil və arzusunda olduğu pulun məbləğini bir qədər də aşağı salacaq. “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub.

O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib. Kamerun yığmasının üzvünə hazırda da İranın iki klubu da maraq göstərir.

“İstiqlal“ və “Perspolis“ tanınmış hücumçunu Arazın o tayına aparmaqda israrlıdır. Lakin sabiq “Beşiktaş“lı yaxınlarda İsraillə müharibədən çıxmış İrana getməyə həvəslə yanaşmır. Əslində, “Neftçi“ni onunla danışıqlarda ürəkləndirən məqamlardan biri də budur.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
sportal.az

3Источники