RU

İddialı rəqib üzərində qələbə böyük motivasiyadır Albaniya klubunun azərbaycanlı qapıçısı

ain.az bildirir, Fanat portalına istinadən.

"Bu oyunda qələbə qazanmaq bizim üçün çox sevindirici haldır. Çempionluğa oynayan komandanı səfərdə məğlub etdik".

Bunu Fanat.Az-a açıqlamasında Albaniyanın 1-ci Liqasında mübarizə aparan "Lüftetari"nin azərbaycanlı qapıçısı Elməddin Məmmədov deyib.

Səfərdə "Poqradeçi"ni 3:2 hesabı ilə yendikləri oyunda 90 dəqiqə meydanda olan "çərçivə" qoruyucusu hədəflərindən də danışıb: "Mənim üçün əsas olan müntəzəm oynamaq və öz ölkəmi layiqincə təmsil edə bilməkdir. Şükürlər olsun ki, bu yöndə hər şey qaydasındadır. Baş məşqçi və komanda yoldaşlarımla münasibətlərimiz çox yaxşıdır. Yeni yığılmış komandayıq. Qarşımıza liqada qalmaq tapşırığı qoyulub. İddialı rəqib üzərində qələbə əlbəttə ki, bizim üçün böyük motivasiyadır. Növbəti matçlarda da xal və xallar qazanmağı hədəfləmişik".

Xatırladaq ki, ötən mövsüm "Mingəçevir"də uğurlu çıxışla yadda qalan Məmmədov avqustda "Lüftetari" ilə müqavilə bağlayıb. Sözügedən qolkiper daha öncə müxtəlif ölkələrdə legioner həyatı yaşayıb.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
fanat.az

2Источники