RU

İrandan təhdid: Qonşu ölkələrdə belə bir şey görsək...

“Sionist rejim (İsrail) və ABŞ-nin hərbi təcavüzündən əvvəl dəfələrlə xəbərdarlıq etmişdik, qonşu ölkələrin hava məkanından və ya ərazisindən İrana qarşı istənilən məqsədlə istifadə olunması ciddi və qəbuledilməz məsələdir. Bu xəbərdarlıqlar hələ də qüvvədədir””.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkənin Sərhəd Polisinin rəisi general Əhmədəli Qudrəzinin iddiasını şərh edərkən deyib.
“Qonşu ölkələr bilirlər ki, öz ərazilərini üçüncü tərəflərə İranın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz və ya təcavüz xarakterli addımlar atmaq üçün təqdim etmək, beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. Belə vəziyyətdə, İran müvafiq reaksiya üçün haqqını saxlayır və təhdidin növünə uyğun tədbirlər görəcək”, - diplomat bildirib.
Əhmədəli Qudərzi dünən keçirdiyi mətbuat konfransında iddia edib ki, son aylarda qonşu ölkələrdən İrana PUA-ların daxil olması halları müşahidə edilib. İranlı general hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib.


Избранный
42
1
sherg.az

2Источники