"Turan Tovuz" Roderik Millerlə müqaviləni uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 1+1 illik yeni kontrakt imzalanıb.
2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən Miller bu müddət ərzində 58 oyunf çıxıb və 10 qol vurub.
Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.