Oktyabrın 4-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində "BMW" və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü ölüb.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, qəzada həyatını itirən "BMW"-nin sürücüsü, 35 yaşlı Rüfət Quliyev Bakıda fəaliyyət göstərən tədris mərkəzlərindən birinin rəhbəri olub.
