RU

Viktor Orban Azərbaycana gəldi - YENİLƏNİB

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Xəbər verilir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

"Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 6-7-də Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci sammitində iştirak edəcək. Səfər zamanı Macarıstan Baş naziri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar keçirəcək", - məlumatda bildirilib.

Избранный
13
39
azia.az

10Источники