RU

Azərbaycan bədii gimnastları III MDB Oyunlarında finala vəsiqə qazanıblar

BAKI, TurkicWorld

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.

Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.

Избранный
15
4
turkic.world

5Источники