RU

2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə “Makroiqtisadi dayanıqlılıq” alt işçi qrupun üçüncü iclası keçirilib

Mərkəzi Bankda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov  çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı görülən işləri müsbət qiymətləndirib. Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun inkişaf etdirilərək iqtisadi artımda rolunun gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

İclasda iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov layihə ilə bağlı müvafiq təkliflər irəli sürüb.

Görüş zamanı  makroiqtisadi sabitlik və maliyyə sektorunun inkişafı ilə bağlı bəzi tədbirlərin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılıb, tövsiyələr verilib.

Избранный
12
8
ikisahil.az

10Источники