RU

Memetika nədir? Dünyadakı gizli ağıl döyüşləri

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Buna insan mühəndisliyi deyirlər – yəni, insanın iç dünyasının  dəyər yaradıcılığı və quruculuğu

Dünya indi görünməz bir savaşın içindədir. Silahlar artıq toplar, tüfənglər yox, düşüncələr; atəşlər artıq güllələr yox, biliklərlədir.  Bu savaşın adı var: memetik savaş. Bəs memetika nədir?

“Memetika” qavramı 1976-cı ildə ingilis alim Riçard Dokinsin “Egoist gen” kitabında yaranıb. Dokins “gen” kimi irsən ötürülən bioloji vahidlərin mədəniyyətdə də eynilə işlədiyi qənaətinə gəlib. Yəni, fikir də gen kimidir – doğulur, yayılır, çoxalır, dəyişir. 

Bu anlayışa o, qədim yunan sözündən mimema – “təqlid olunan şey” adını verdi. Beləcə “meme” – insan ağlında  yaşayan, nəsildən-nəsilə keçən, təkrarlanan düşüncə qəlibi adlandı. Bu gün “mem” sadəcə gülməli şəkil deyil. Bu, ağlı, düşüncəni, duyğu və duyumları  kodlaşdırma texnologiyasıdır. 

İnformasiyanın beynimizə necə yeridildiyini, inanc və davranışlarımızın necə yönləndirildiyini açıqlayan  elm sahəsidir. Qısası: memetika – düşüncə mühəndisliyidir. 

Düşüncənin insan və gen mühəndisliyidir. Bir düşüncəni, davranışları,yaşam biçimini  milyonlara ötürmək və yeritmək  üçün artıq orduya ehtiyac yoxdur. Sadəcə bir “meme” kifayətdir — düzgün seçilmiş söz, təkrarlanan cümlə, duyğuları yönləndirən və seçimlərə  gətirən bir simvol.

Məsələn, “azadlıq”, “sülh”, “inkişaf” kimi sözlər bəzən düşüncədən çox duyğu oyadır. İnsan duyğusu isə ən asan yönləndirilən (manipulyasiya)  olunan sahədir. Bu, davranış iqtisadiyyatı deyilən quruluşun altyapısıdır: insan toplumunun  seçimini  ağlı yox, duyğusu verir. Memetika bunu çoxdan kəşf edib. Reklamlar, sosial media trendləri, siyasi şüarlar – hamısı memetik kodlaşdırmadır. 

Buna insan mühəndisliyi deyirlər – yəni, insanın iç dünyasının  dəyər yaradıcılığı və quruculuğu.

Elm bu barədə nə deyir? Bu yön illərdir dünyada artıq çox ciddi araşdırma mövzusudur. 

MIT və Oksfordda memetika ilə bağlı yüzlərlə tədqiqat aparılıb. 2019-cu ildə Frontiers in Psychology jurnalında yayımlanan araşdırmada deyilir: “Çağdaş bilgi  axınında ideyalar virus kimi yayılır, insan zehni isə onun bioloji ev sahibinə çevrilir”. Yəni, beyinlər artıq “düşüncə və dəyər  daşıyıcısıdır”.

 Təbii virus kimi, ideya da uyğun mühit tapanda çoxalır. Əgər hədəf  – dayaz, törəsiz, araşdırmasız, tələsik düşünən  toplumdursa – istənilən düşüncə yoluxması   anında yayılır. Biz bununla necə savaşmalıyıq? Bu savaşın qazananı olmaq üçün nə etməliyik? Memetik hücumlara qarşı ən güclü qalxan anlayış və gözüaçıqlıq və ayıq-sayıqlıqdır. Yəni, hər oxuduğunu yoxlamaq, hər dinlədiyini sanballamaq, hər gördüyünə inanmaqdan çəkinmək. 

Çölçü Bilgə deyir: “Aydın çox kitab oxuyan yox, onların niyə yazıldığını anlayandır”. Bizim toplum indi çox oxuyur, amma az anlayır. Bilgi  dənizindəyik, amma yönümüzü bilmir, üzməyi bilmədən, çarəsizcə çabalayırıq. Hər gün yüzlərlə “mem” beynimizə yeridilir - sosial şəbəkədən, xəbərlərdən, musiqidən, seriallardan. Bunların çoxu dəyər deyil, dəyərsizliyin memləridir. 

Buna qarşı düşüncə əkinçiliyi lazımdır. Ağıllı toplum beynindəki ideyaların hansından ağac, hansından tikan çıxa biləcəyini ayırd edə biləndir. 

Azərbaycan və Türk dünyası üçün çağırış 

Biz indi çox mühüm mərhələdəyik. Türk dünyası artıq bir-birinə yaxınlaşır, ortaq düşüncə məkanı yaranır. Amma bu birləşmənin qarşısında duran ən böyük təhlükə silah yox, zehni işğaldır. Bu gün bəzən milli kimliyimiz, dəyərlərimiz, inanclarımız “yumor”, “trend”, “şüar” adı altında dəyişdirilir. Bu, memetik işğaldır. Biz artıq duyğu kökləyiciliyini özümüz etməliyik – yəni, gənclərin duyğularını başqaları yox, öz toplumumuz, öz mədəniyyətimiz kökləməlidir. Biz dəyər yaradıcılığı toplumuna çevrilməliyik. Yalnız istehlak edən yox, anlam yaradan xalq olmalıyıq. Uzaqdakı gələcəyə baxmayan, çağdaşlıqla ayaqlaşmayan keçmişdə qalıb, əskiyə çevrilər. 

Yalnız bu fikirlər bizi qorxutmaq üçün yox, ayıltmaq üçün bir xəbərdarlıqdır. Bu, artıq döyüş meydanı deyil – düşüncə meydanıdır. Burada qalib gəlmək üçün “informasiya çoxluğu” yox, mənəvi süzgəc lazımdır. Hər fikir bir toxumdur. Əgər ağlın torpağı boşdursa, orada gül yerinə tikan bitər. 

Çölçü Bilgə yenə demişdi: “Gələcəyi görməyən, daş çağına geriləyər”. 

Biz ya düşünərək diriləcək, törəmizə dönəcəyik, ya da düşünmədən kimliyimizi, mənliyimizi, dəyərlərimizi və gələcəyimizi  itirəcəyik. 

Zehnin savaşında tək qoruyucu qalxan bilgəlikdir.

Müəllif: Eltən Qədimbəyli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
180
50
ayna.az

10Источники