RU

Xocalı və Ağdərədə bir sıra evlər layihələndiriləcək

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq,yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

Trend-inməlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çapar,Həsənriz kəndlərində 144 fərdi yaşayış evi, Xocalı rayonunun isəXanyurdu, Ballıca, Təzəbinə kəndlərində 171 fərdi yaşayış evlərinincari təmirinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiqişlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “Himmen Construction” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 291,8 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Himmen Construction”(MMC) 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı10 manat olan şirkətin qanuni təmsilçisi Vəkilov Sənan Sahiboğludur.

Избранный
17
3
az.trend.az

4Источники