1-ci Liqanın lideri "Şəfa" 3 günlük fasilədən sonra məşqlərə start verib.
Fanat.Az-ın məlumatına görə, komanda bu gün baş məşqçi Elgiz Kərəmlinin rəhbərliyi altında Bakı Olimpiya Stadionunda (BOS) bir araya gəlib.
Saat 12:00-da, BOS-un ikinci meydanında çalışmalara başlayan kollektiv günü bir məşqlə tamamlayıb.
Xatırladaq ki, "Şəfa" millilərin oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirməyi də planlaşdırıb. Komandanın oktyabrın 10-da digər 1-ci Liqa təmsilçisi "Cəbrayıl"la qarşılaşacağı gözlənilir.
Nihat